Pentaqon ABŞ-ın Suriyada antiterror əməliyyatına başladığını təsdiqləyib
Tarix: 20-12-2025, 10:20 | Çap et


ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatına başlayıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat yayıb.

Onun sözlərinə görə, bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

Nazir vurğulayıb ki, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.

"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset qeyd edib.




Xəbərlər
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net