Tramp Rusiya-Ukrayna müharibəsini bir cümlə ilə bitirəcəyini vəd etdi
Tarix: 17-07-2023, 09:25 | Çap et
Tramp Rusiya-Ukrayna müharibəsini bir cümlə ilə bitirəcəyini vəd etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacağına söz verib.

Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putini çox yaxşı tanıdığını bildirib.

Siyasətçi qeyd edib ki, Zelenski ilə söhbətində münaqişəni bir cümlə ilə bitirəcək: “Mən Zelenskiyə deyərdim: Bəsdir, müqavilə bağlamalısan”.

ABŞ-nin 45-ci prezidenti Tramp Putinin də danışıqlar masasına oturması üçün arqumentlər tapacağını bildirib. Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları başa çatdırmağa razılaşmasa, o zaman Vaşinqton Kiyevə daha çox yardım göstərəcək.

Tramp vurğulayıb ki, dünya liderləri əsasən rasional insanlardır, lakin ABŞ prezidenti Co Bayden onlarla necə danışacağını bilmir.

“Bizdə nə baş verdiyini bilməyən bir adam var. Bu, ölkəmizin tarixində ən təhlükəli dövrdür”, - Tramp qeyd edib.

Xatırladaq ki, Tramp artıq may ayında Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına söz verib.

Öz növbəsində, Zelenski ABŞ-nin keçmiş prezidentinin problemi danışıqlar yolu ilə həll edə biləcəyinə şübhə etdiyini deyib.

lenta.ru




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net