İstanbulda 1 may mitinqi başlayıb
Tarix: 1-05-2015, 12:11 |
Çap et
İstanbulda "1 may - Beynəlxalq Zəhmətkeşlər Günü" münasibəti ilə Həmkarlar İttifaqlarının mitinqləri başlayıb.
Trend-in "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hazırda Taksim meydanında Həmkarlar İttifaqlarının 500-dən çox üzvü toplaşıb.
Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət edib. Lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib.
Polis mitinq ehtimalı ilə Taksim meydanına giriş-çıxışı bağlayıb.
Qeyd edək ki, 2013-cü il mayın 31-də Taksim meydanında ticarət mərkəzinin tikintisinə başlanılıb, bundan sonra İstanbulda və Türkiyənin digər şəhərlərində aksiyalar keçirilib.