Rusiyanın keçmiş maqnatı sığınacaq istəyə bilər
Tarix: 24-12-2015, 09:44 | Çap et
Rusiyanın keçmiş maqnatı sığınacaq istəyə bilər
Rusiyanın keçmiş maqnatı və Kremlin tənqidçisi Mikhail Khodorkovsky deyir ki, Böyük Britaniyadan siyasi sığınacaq istəyə bilər. Rusiya dekabrın 23-də onun həbsi barədə beynəlxalq order verib. Keçmiş maqnat 1998-ci ildə bir merin qətlində ittiham olunur.

“Britaniyadan sığınacaq istəmək barədə düşünürəm”, o, BBC-yə müsahibəsində deyib.

Khodorkovsky BBC-yə deyib ki, Rusiya hakimiyyəti saxta ittihamlarla onun həbsini istəməklə “dəli olub” və aydın görünür ki, Rusiya Prezidenti Vladimir Putin onu “ciddi təhlükə” kimi görür.

“Prezident Putin məni iqtisadi, Rusiyanın xaricdəki sərvətinin mümkün ələ keçirilməsi baxımından, eləcə də siyasi, 2016-cı seçkilərində demokratik namizədlərə kömək edəcək təhdid kimi görür”.

2016-cı ildə Rusiya Dumasına seçkilər keçiriləcək. Dumada hazırda Putin tərəfdarları üstünlük təşkil edir.

Khodorkovsky “Açıq Rusiya” hərəkatını yaradıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net