Tehranda amerikalının edamı araşdırılır
Tarix: 2-12-2015, 10:38 |
Çap et
ABŞ Dövlət Departamenti bildirir ki, ötən ay İranda qətlə görə edam edildiyi söylənən İran əsilli amerikalının taleyini araşdırırlar. Departament Hamid Samiee-nin həbsi və saxlanmasından oktyabrın sonunda xəbər tutub və Tehrandakı İsveçrə səfirliyi vasitəsilə Tehrandan edamı dayandırmağı xahiş edib. Bunu Departamentin sözçüsü Mark Toner dekabrın 1-də deyib.
Departamenti hələlik edamın həyata keçirildiyini təsdiqlədə bilməyib. Xəbəri dekabrın 1-də Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı yayıb. Qurum Samiee-nin 2008-ci ildə İranda həbs olunduğunu və ötən ay asıldığını bildirib. O, Kaliforniya ştatında bir iranlını öldürməkdə təqsirli bilinib.
Qrupun məlumatına görə, Samiee barədə həmin öldürülən iranlının ailəsi İran hakimiyyətinə məlumat verib.