Keçmiş MTN-çilərin zorla satdığı "gelenvagen"lərə bahalı nömrələr necə "təqdim olunurdu"...
Tarix: 23-11-2015, 09:56 |
Çap et
"MTN işi" qalmaqalı bu gün mətbuatda müxtəlif ittihamlara rəvac verib. Doğrudur, burada fürsətcillər də var və kimin kimdən xoşu gəlmirdisə, əlinə düşən şansı dəyərləndirərək rəqibini "Eldar Mahmudovun adamı" kimi təqdim edərək gözdən salmağa çalışır. Elə bu "təşəbbüslərə" görə, keçən həftə Prezident Administrasiyasının şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənov artıq mətbuatdakı həmin neqativ halların durdurulmasının vacibliyini xüsusi olaraq vurğuladı.
Vertikal.az-a daxil olan xəbərdə isə konkret faktlar qeyd olunur. Doğrudur, hələlik bu faktlar üzərə araşdırma aparırıq və geniş materialı da diqqətinizə çatdıracağıq. Amma hələlik müəyyən məqamları paylaşmaq istədik.
Məlumdur ki, MTN-nin həbs olunan sabiq əməkdaşları həm də ölkədə mübhəm "gelenvagen" biznesi ilə də məşğul olurmuşlar. Belə ki, Azərbaycanda bu markadan olan maşınların satışını sabiq MTN rəhbəri Eldar Mahmudovun adamları təşkil edirmiş.
Vertikal.az-a verilən xəbərdə deilir ki, köhnə MTN-çilər "məngənəyə" salaraq müflis etdikləri iş adamlarına məcburi qaydada "gelenvagen" aldırmaqla yanaşı, həm də onlara məcburi qaydada bahalı nömrələr də satdırırmışlar. Bu işdə isə onların əsas partnyoru Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimov olub.
Mənbə şok rəqəmlər də açıqlayır. Hətta elə sahibkarlar olub ki, bir dövlət nömrə nişanına 250 min manat pul ödəmək zorunda da qalıb.
Əlavələrimiz olacaq. Qarşı tərəfin də münasibətini yaya bilərik...