Əlixan Zeynalovun «strateji» planı
Tarix: 17-11-2015, 10:32 |
Çap et
Lənkəran İmtahan Qeydiyyat Regional Şöbəsinin rəisi Əlixan Zeynalovun bir sıra qanunsuzluqlarla məşğul olduğuna dair ötən günlərdə məlumat vermişdik. AzFakt.com-a daxil olan məlumata görə, Zeynalov Rusiyada yaşayan vətəndaşa Azərbaycana ayağı dəymədiyi halda şəxsiyyət və sürücülük vəsiqələri, habelə xarici pasport düzəldib. Müqabilində isə pul alıb.
Əldə edilən yeni məlumatlarda isə vurğulanır ki, Əlixan Zeynalovun «strateji» planları təkcə bununla bitmir. Onun həmçinin başqa iddiaları da var. AzFakt.com-a daxil olan məlumata görə, sözügedən şəxs artıq Lənkəran MERO-ya sığmır. Onun əsas hədəfi BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun yerinə keçməkdir. Elə bu səbəbdən də Zeynalovun mütəmadi olaraq mətbuata Rəhimovla bağlı məlumatlar ötürdüyü iddia olunur.
Qeyd edək ki, Əlixan Zeynalovun bir başqa hədəfi isə qardaşı oğlu, hazırda Sumqayıt Şəhər Dövlət Üol Polisi şöbəsinin rəisi Bayram Zeynalovu YPX-nin Alay komandiri görməkdir. Məlumata görə, Lənkəran MERO-nun rəisi bu istəyini həyata keçirmək xeyli müddətdir mətbuatın imkanlarından yararlanır. Onun hazırladığı kompromat materiallar isə mütəmadi olaraq qəzet və saytlarda tirajlanır.
Bildirək ki, YPX-nin Alay komandiri Balakişi Əhmədov uzun illərdən adıçəkilən postdadır. Onun həm maddi, həm də himayə baxımından güclü olması Əlixan Zeynalovu çətin duruma salsa da, Lənkəran MERO-nun rəisi maksimum dərəcədə dirəniş göstərir və Əhmədovun işdən çıxarılmasına çalışır. Buna nail olub, olmayacağı isə hələlik məlum deyil.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.