«Aqrolizinq»lə nazirin şirkətinin 10,5 milyon manatlıq maxinasiyası
Tarix: 16-11-2015, 10:24 |
Çap et
Azərbaycanda əkinçilikdə hələ sovet dönəmindən geniş istifadə olunan azot gübrəsinin alınması prosesi indi də davam edir. JAM.AZ xəbər verir ki, el arasında 34,4 faizlik Azot gübrəsi və ya Selitra kimi adlanan, ədəbiyyatda isə Ammonium Nitrat kimi yazılan mineral vasitənin alıcısı ölkəmizdə «Aqorlizinq»dir.
Qeyd edək ki, həmin gübrənin alındığı yer isə Rusiyadır və bu ölkənin Stavrapol viliyatəində Nevinnomısskiy Azot Zavodu ilə alış-veriş edilir. JAM.AZ bildirir ki, Dövlət Satınalmalar Agentliyinin məlumatına görə, «Aqorlizinq» ASC bu il keçirdiyi tenderdə Rusiyanın adı keçən zavodundan 60 min ton gübrə alınacağını bildirib. Bununla əlaqədar, ASC ilə «Solo Trade Corporation» LTD arasında müqavilə bağlanılıb.
Həmin müqaviləyə əsasən 60 min ton gübrənin alınması üçün şirkətə 23 514 876 manat pul verilməlidir. Amma işin içində başqa bir iş var. O da ortada ciddi maliyyə yeyintisinin olmasıdır. JAM.AZ-a məlumat verən Azad Kərim adlı kənd təsərrüfatı üzrə mütəxəssis bildirir ki, ASC ilə «Solo Trade Corporation» LTD arasında müqavilənin şərtlərindən görünür ki, bir ton gübrənin qiyməti 391,9 manat müəyyən edilib. Buraya həmçinin məlum zavoddan «Aqrolizinq»ə çatdırılma xərcləri də daxildir.
Azad Kərim yazır ki, «Aqrolizinq»lə adıkeçən şirkətin maliyyə maxinasiyalarını üzə çıxaran əsas dəlil isə Stavrapol vilayətindəki zavodun rəsmi veb səhifəsində göstərilən qiymətlərdir. Nevinnomyssk.flagma.ru saytında qeyd olunur ki, 1 ton Ammonium Nitrat gübrəsinin dəyəri Əlavə Dəyər Vergisi (ƏDV) də daxil olmaqla, 13500 rubldur. Bu da təqribən 202 dollar edir.
Qeyd edək ki, ixrac olunan mallar üçün ƏDV tələb olunmadığından qiymət daha 18 faiz aşağı düşür ki, bu da 1 ğon gübrə üçün təqribən 174 dollar qiymət deməkdir. Müəllif yazır ki, Nevinomissk şəhərindən Azərbaycan sərhəddinə məsafə 700 km-dir və ortalama 1 ton gübrənin daşınması üçün 28 ABŞ dolları nəqliyyat xərci lazımdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bütün növ mineral gübrələr idxal zamanı vergi və rüsumlarda azaddır, bu səbəbdən də hər hansı vergi və rüsum xərcləri də yoxdur. Yəni 1 ton gübrəni Azərbaycan maya dəyəri 202 ABŞ dolları edir. «Görəsən, 202 dollara başa gələn gübrə, Aqorlizinq niyə 390 dollara alır. Bəlkə, kənd təsərrüfatı naziri Heydər Əsədovun bundan xəbəri yoxdur?»
Bildirək ki, mövcud rəqəmlərlə müqayisə apardıqda şirkətlə ASC arasında ortalama 10,5 milyon manatlıq bir fərq yaranır. Maraqlıdır, bu qədər pulu kim mənimsəyir? «Bu suallarla «Aqorlizinq» ASC-nin yerli nümayəndəliklərinə müraciət edildikdə, bizə bildirirlər ki, ASC-yə gətirilən gübrələrin idxalını yalnız FHN şefi Kəmaləddin Heydərovun şirkətləri həyata keçirir. Bu ilki tenderin qalibi olan Solo Trade Corparation LTD-də məhz nazir Heydərova məxsusdur. Onun şirkətlərinə isə heç kim söz deyə bilməz».
Yazıda adı keçən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.