Sahibkarlara qarşı amansızlqıda çempion başçılar
Tarix: 10-11-2015, 10:50 |
Çap et
Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarov və Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovu rayon icra başçıları arasında sahibkarların çökdürülməsi üzrə çempion adlandırmaq olar. Bu 2 rayonun icra başçısınin adı ölkə mətbuatının gündəmindən düşmür. Hər yeni gün bu biznesmen ovçularının fəaliyyətlərinə yeni çalar əlavə olunur. Vergilər naziri Fazil Məmmədovun qeyri-rəsmi quberniyasına daxil olan bu rayonlarda mülkləri yağmalanan sahibkarların ah-nalələri televiziya ekranlarına qədər gəlib çıxır. Bu “qəhrəmanların” törətdiyi qanunsuz əməllərə çox misal çəkmək olar. Amma artıq mənası yoxdur. Ona görə mənası yoxdur ki, bu başçılar faktiki Fazil Məmmədova tabedirlər və Prezident Adminstrasiyasının aidiyyatı qurumlarına görüntü xatirinə belə tabeçilik göstərmirlər. Adi bir misalla vəziyyəti aydın təsvir etmək istəyirik. Bir neçə gün öncə Gədəbəy rayonundan bir qrup sahibkar hüquqlarının bərpası üçün Prezident Adminstrasiyasna, mətbuata və televiziya kanallarına müraciət etdi. Amma şikayətləri tamamilə haqlı olan, hüquqlarının bərpasını gözləyən bu sahibkarlar icra başçısı tərəfindən “seçkidən sonra gününüzə baxarsınız” təhdidi ilə üzləşdilər.
Və ən maraqlısı odur ki, Ramiz Yediyarov bir neçə gün bundan qabaq qəflətən Bakı şəhərinə çağırıldı. Rayonda başçının zülmündən təngə gələn insanlar ümid etdilər ki, yəqin Yediyarovdan əməllərinə görə hesabat vermək tələb olunacaq və o, ən azı tənbeh olunacaq. Amma sonra məlum oldu ki, bu adam Prezident Adminstrasiyasına deyil, Xaləddin İsgəndərovun hüzuruna gəlib. Yediyarovun Az 21-AA-001 nömrə nişanlı xidməti maşını 3 gün sərasər Binəqədi İcra Hakimiyyətinin qabağında dayandı. İndi bu bədbəxt sahibkarlar bilmək istəyir ki, Yediyarov Binəqədi İcra Hakimiyyətində nə gəzir? Bəlkə artıq Gədəbəy rayonu Binəqədi rayonuna tabe edilib? Yoxsa Fazil Məmmədov qeyri-rəsmi qubernatorluğunu bacısının yoldaşı olan X.İsgəndərova tapşırıb?
Sahibkarlar qorxurlar ki, bundan da da pis bir şey baş verər. X.İsgəndərov Yediyarova insanları necə özünü öldürməyə məcbur etməyin yollarını öyrədər. Məsələn Zeytunluqda obyekt tikən sahibkarın hekayəsini danışar, deyər ki, bu qaydada sahibkarların başına oyun aç. Çünki, Binəqədidə süni təpəciklərin yaradılmasını, fərdi ev tikintisi üçün kosmik səviyyəli rüşvət alınması, sahibkarlıq obyektlərinin yağmalanması, binaların kefiyyətsiz üzlüklə üzlənməsi və bu kimi çox sayda “savab” qazandıran əməlləri Yediyarov X.İsgəndərovdan öyrənib. Sözün qısası əvvəldə qeyd etdiyimiz kimi sahibkarlara divan tutulmasının başında vergilər naziri dayanır və bu şəxs vəzifəsindən alınmayınca istər bu iki rayonda, istərsə respublikada sahibkarlığın inkşafından danışmaq mənasızdır.