Nəriman Salmanovun 500 min manatını necə aldılar?
Tarix: 5-11-2015, 10:58 |
Çap et
Son günlər ölkədə baş verən proseslər fonunda olduqca ilginc olaylar yaşanır. JAM.AZ xəbər verir ki, hadisələrin gedişatı həbslər və yoxlamaların təkcə MTN-lə deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də əhatə etməkdədir. İndiyə qədər nazirliyin aparat rəhbəri, bir neçə şöbə müdiri, «Azərpoçt»un direktoru və baş mühasib saxlanılıb.
Ayrı-ayrı şəxsləri və məmurları dinlədiklərinə görə, həyata keçirilən bu həbs və saxlanılmaların bir ucunun MTN-ə qədər uzandığı da sirr deyil. Çünki Eldar Mahmudovun işdən çıxarılmasından sonra bu işin üstü açılmışdı və onunla bağlantılı olanlar aşkarlanmağa başlamışdı.
JAM.AZ «İrəvan Press» qəzetinə istinadən xəbər verir ki, istintaq orqanlarının apardıqları araşdırmalarda nəharət altına düşənlərdən biri də Sabunçu rayon Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovdur. Mənbə bildirir ki, keçmiş aparat rəhbəri Vidadi Zeynalov nazir Əli Abbasovun kadrlar ştatını formalaşdırdığı zaman bir neçə şəxsi maliyyə çətinliyinə salıb. Belələrindən biri də o vaxt Gəncə şəhər Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov idi.
Bildirilir ki, Vidadi Zeynalov BTRİB-ə məhz onu rəhbər gətirmək fikrində imiş. Bu niyyətini reallaşdırmaq məqsədilə V.Zeynalovun N.Salmanovdan 500 min manat alması məsələsi də olduqca maraqlıdır. Deyilənə görə, aparat rəhbərinin bu planını Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov pozub. Nəticədə Nəriman Salmanov xırda qovşaq rəisi vəzifəsinə təyin edilir. Narazı qalan Salmanov pullarını geri tələb etdikdə, Vidadi Zeynalov vərdiş etdiyi uğurlu metodunu işə salaraq, Eldar Mahmudovun klanının yardımıyla sözü gedən şəxsə qarşı toplanılan kompromatlarla onu susdurmağa müvəffəq olub.
İddia edilir ki, Salmanovla aparat rəhbəri arasinda digər istiqamətdə də bağlantıları olub. Və ğelə bir ehtimal da var ki, həmin bağlantılar aşkarlandığı təqdirdə Nəriman Salmanov da həbs edilə bilər.