“Ailə” TV-dən kampaniya fırıldağı - ŞİKAYƏT
Tarix: 22-10-2015, 12:51 | Çap et
“Ailə” TV-dən kampaniya fırıldağı - ŞİKAYƏT
“Ailə” TV abunəçilərinə kələk gəlir. Kabel televiziyası müştəriləri kampaniya adı ilə aldadır. TİA.AZ xəbər verir ki, “Facebook” səhifəsində Elay Sərməstbəyov adlı vətəndaş narazılığını bildirib.

Onun sözlərinə görə, apreldə 5+1 kampaniyası olub: “Yəni, 5 aylıq abunə haqqı ödəyənə 1 ay hədiyyə. Mən də zəng edib 920 nömrəli müştəri xidmətindən soruşdum. Dedilər, hardan ödəməyinizdən asılı olmayaraq, kampaniya avtomatik aktivləşəcək. Yəni internetdən də ödəniş etmək olar. Mən də 10.04 tarixində həm TV, həm də internet üçün 5 aylıq abunə haqqı ödədim”.
Şikayətçi deyir: “İndi 5 ay bitib,hər ikisi bağlanıb. Zəng edib deyirəm, bəs niyə bağlayıbsız? Hamısı bir ağızdan deyir ki, ödəniş zamanı bitib, siz gərək bizim işçiyə ödəniş edərdiz. Və xüsusi qeyd də edərdiniz ki, kampaniya ilə ödəniş edirsiz. Bu müştərini aldatmaq deyil, birbaşa sarımaqdır. Şikayət edirsən, heç veclərinə də deyil”.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net