Keçmiş cinayətkar baş müəllim kimi universitetə qayıtdı
Tarix: 15-10-2015, 10:07 |
Çap et
Mətbuatdan məlumdur ki, bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq müəlliməsi Sənəm Mehdiyevanın cinayət işinə baxmışdır. Məlumat üçün bildirək ki, ittihama görə, Sənəm Mehdiyeva Vüsal Rəhimovdan 9500 manat və 2009-cu il iyulun 28-də isə Asif Dəmirovdan 15000 manat alaraq onlara saxta tələbə biletləri vermişdir.
Ümumilikdə Sənəm Mehdiyeva 10 nəfəri ali məktəbə düzəltmək adı ilə dələduzluq əməli törətmişdi. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurdu. Qafqaznews.az saytına daxil olan məlumata görə, 7 il icbari iş alan müəllimə yenidən dərs dediyi universitetə baş müəllim kimi qayıdıb. Əldə etdiyimiz məlumata görə Sənəm Mehdiyeva 2010-cu ildə Təhsli Nazirliyinin iqtisad şöbəsinin rəis muavini vəzifəsində işləyən və həbs olunan Orxan Kərimovla bağlı məsələdə iştirakçılardan biri olub. Digər məlumata görə Sənəm Mehdiyeva Kürdaxanı istintaq təcridxanasında bir il yarım yatandan sonra onun işi məhkəməyə göndərilib və o, 7 il icbari iş alıb.
Azadlığa çıxandan sonra DİN-də xidmət edən yaxın adamının köməkliyi ilə yenidən işlədiyi İqtisad universitetinin xarici dillər kafedrasına baş müəllimə vəzifəsinə qayıdıb. Məlumatdan o da bəlli olur ki, həmin universitetin bir müəlliməsi Sənəm Mehdiyevadan hələ də şikayətçidir. Həmin müəllimə ilə Sənəm Mehdiyevanın arasında pul müqaviləsi olub.
Amma ən maraqlısı odur ki, bir il yarım istintaq təcridxanasında yatan və sonradan 7 il icbari iş alan müəllimə yenidən necə universitetə baş müəllimə qayıda bilir? Bu müəllimə tələbələrə nə öyrədəcək..? Yüzlərlə gənc alim özünə iş yeri tapa bilmədiyi bir vaxtda keçmiş məhbus asanlıqla ali məktəbə baş müəllim qayıdır.