Fəzail Ağmalıdan “indeyski” filimsayağı təbliğat
Tarix: 12-10-2015, 11:28 | Çap et
Fəzail Ağmalıdan “indeyski” filimsayağı təbliğat
Parlament seçkilərinə start veriləndən sonra bəzi namizədlər öz təbliğatlarını fərqli, diqqətçəkən etmək üçün müxtləif vasitələrdən istifadə edirlər. Bəziləri seçki plakatlarında “orjinal” sözlərdən, bəziləri isə seçki təbliğatı dönəmində keçirdikləri görüşlərdə “unikal” vasitələrdən yararlanırlar. Bütün bunların hamısı normaldır.

Yazının başlığını oxuyanlar yəqin elə zənn ediblər ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş Fəzail Ağamalının təbliğat zamanı Rac Kapuru, Mitxun Çokrobatini, Amitaxan Baççanı seçicilərlə görüşə gətirib. Qətiyyən. Əksinə, Fəzail müəllim bu seçkilərdə hətta hind sennaristlərə mövzu verəcək qədər daha “maraqlı” və “dəhşətli” vasitələrdən yararlanıb.

JAM.AZ xəbər verir ki, Fəzail Ağamalının növbəti görüşü sözügedən dairədə yerləşən Yolüstü ərazi nümayəndəliyinin Yeni Uluxanlı kəndində baş tutub. Həmin görüşdə camaat AVP sədrindən o qədər razı olub ki, hətta onun boyuna atılaraq təşəkkür edən kim, ayağına yıxılıb “qədəmlərinə qurban olum, ya Şeyx” deyən kim, “Ey Qarunun müasir forması” deyib qəşş edən kim... Nəhayət, hind sennaristlərini və rejissorlarını şoka salacaq hadisə baş verib.

Deməli, camaatla görüşdə dedutatlığa namizəd Məhəmməd Mehdiyev Fəzail Ağamalının çıxışından o qədər vəcdə gəlib ki, özünü saxlaya bilməyib hücum edib rəqibinin üzərinə. Və deyib: “Ey üləmalar üləması, ey Azərbaycanın nicatı, xilaskarı, canlı tarix, yeriyən heykəl, İlahi varlıq, böyük mütəfəkkir, bəşəriyyətin bariz nümunəsi, sən olan yerdə mən namizədliyimdən imtina edirəm”. Tərif o qədər bol olub ki, Fəzail bəyin özü belə şoka düşüb. Nə edəcəyini bilməyib qəfil qışqırıb ki, “Daş başuva Qulaməli, bu qədər də barıt qoyarlar?”... Ondan sonra hər iki namizədin ürəyi gedib, yıxılıb yerə.

Camaat isə gözləri önündə baş verənlərdən o qədər təsirlənib ki, heç Xoşqədəmin verilişində belə ağlamadıqları qədər ağlayıblar. Hind filmlərisayağı, 30 il əvvəl itirdiyi oğlunu tapılma səhnəsində olduğu kimi...

Deyilənlərə görə, Fəzail müəllim özünə gəldikdən sonra Məhəmməd Mehdiyevə “qənfet” verərək, könlünü xoş edib. O da qarşılığına “qənfetin bol olsun” deyərək, təşəkkür edib.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net