BDYPİ-nin "kilid ismi" kimidir?
Tarix: 9-09-2015, 12:52 |
Çap et
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) fəaliyyəti, əməkdaşlarının gördüyü işlər həmişə diqqət mərkəzində olub. Ümumilikdə götürdükdə, bu qurumun bütün rəhbər və işçi heyəti haqqında tənqidi məlumatlar dərc olunur, yayımlanır və heç bir gizli fiqur qalmayıb. Amma…
JAM.AZ-ın araşdırmalarına görə, BDYPİ-nin indiyə qədər adı çəkilməyən çox önəmli bir fiquru daha varmış. Həmin şəxsin adının Mirpaşa olduğu deyilir və onun qurumun əsas «kilid ismi» olduğu deyilir.
İlkin məlumatlara əsasən Mirpaşa BDYPİ-nin nəzarətində olan İmtahan Qeydiyyat Şöbələrinə (MERO) nəzarət edir və ölkə üzrə bu qurumların birləşdiyi şöbənin rəisi vəzifəsini daşıyır. Maraqlı məqam odur ki, həmin şəxsin indiyə qədər heç bir yerdə adı hallanmayıb və Mirpaşanın BYDPİ rəhbərliyi üçün həddindən artıq önəmli olduğu vurğulanır.
JAM.AZ-a daxil olan bilgilərdə iddia olunur ki, Mirpaşanın işi əsasən idarəçiliklə yanaşı, həm də «kassa» funksiyasını həyata keçirməkdir. Məsələn, onun MERO-lara aylıq «plan» qoyduğu, bütün toplanan vəsaitlərin vahid əldə cəmlənməsini təmin etdiyi qeyd edilir. İddia olunur ki, uzunmüddətdir bu sahədə çalışan sözügedən şəxs həddindən artıq varlı biridir və böyük imkanlara sahibdir. Onun adının ortalıqda dolanmamasının səbəbi kimi isə işlərini yüksək səviyyədə qurması göstərilir.
Xatırladaq ki, indiyə qədər BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi kimi Müşfiq Rəhimovun adı çəkilirdi. Lakin bu məlumatları əldə edərkən məlum olub ki, əslində, Rəhimov qeyd olunan şöbənin rəis müavinidir. Əsl rəis isə Mirpaşa adlı sözügedən şəxsdir.