Azercellin internet fırıldağı – İnsanlara dəyən böyük məbləğdə ziyanlar
Tarix: 29-07-2015, 12:07 | Çap et
Azercellin internet fırıldağı – İnsanlara dəyən böyük məbləğdə ziyanlar
Azercell istifadəçiləri şirkətin onlara “texniki tələ” quraraq maddi ziyan vurduğunu iddia edirlər.

AzNews.az xəbər verir ki, şikayətlər internet paketlərinə edilən yeniliklərlə bağlıdır. Belə ki, Azercell şirkəti öz rəsmi saytında internet paketlərinə edilən dəyişikliklərlə və endirimlərlə bağlı məlumat yerləşdirib. Lakin müştərilər şirkətin 2002 xidmətinə zəng edib məlumat almaq istəyərkən onlara köhnə məlumatlar verilir ki, bu da çaşqınlığa və pul itkisinə səbəb olur.

Məsələn yeni dəyişikliklərdə 100 MB-lıq internet paketi ləğv edilib, lakin 2002 xidməti hələ də müştəriyə 2 AZN-ə 100 MB paket əldə edə biləcəyini məlumat verir. Müştəri isə 2 AZN göndərsə də, 100 MB-lıq paket yeni dəyişikliklərdə ləğv olduğundan ona heç bir internet paketi gəlmir, həmçinin göndərdiyi pul da geri qaytarılmır. Və yaxud 5 GB-lıq internet paketinin qiyməti yeni tariflərlə 5 AZN-dir, lakin yenə də 2002 xidmətində bu paketin qiymətinin 6 manat olduğu bildirilir.

Beləliklə burada da müştəriyə 1 AZN ziyan dəyir. Məsələni dəqiqləşdirmək üçün araşdırdıq və müştərilərin haqlı olduğunun şahidi olduq. Azercell-in rəsmi internet səhifəsində yeniliklərlə bağlı yerləşdirdilən xəbərlə 2002 xidmətində müştərilərə verilən məlumatlar bir-biri ilə uyğun gəlmir.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net