Qalmaqallı qəzalar polis generalını bitirir
Tarix: 13-07-2015, 10:23 | Çap et
Qalmaqallı qəzalar polis generalını bitirir
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov çətin günlər yaşayır. Hüquq-mühafizə orqanlarından İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, yol polisləri ilə bağlı arda-arda baş verən və geniş ictimai rezonans doğuran qalmaqallar generalı hədəfə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev, daha sonra Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Qasımov işdən çıxarılıb. Rəsmi məlumatlarda hər iki şəxsin işdə yol verdikləri nöqsanlara görə işdən çıxarıldığı deyilir.

Lakin İstiqlal.az məlumat yaymışdı ki, Mübariz Fətəliyevin işdən çıxarılması əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənova baş verib. Şamaxının yol polisləri komitə sədrinin maşınını saxlayıb və ona qarşı kobudluq edib. Bundan qəzəblənən Kərəm Həsənov həmin polislərin, həmçinin onalrın rəislərinin cəzalandırılmasını tələb edib. Məhz bundan sonra komitə sədrinin maşınını saxlayan yol polisləri və rəis Mübariz Fətəliyev işdən çıxarılıb.

Cavanşir Qasımova gəlincə, o, özü mətbuata açıqlamasında Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun oğlunun maşınını saxladığına görə işdən çıxarılıb.

Məlumatda deyilir ki, bu hadisələrdən sonra hakimiyyət dəhlizlərində Ramiz Zeynalovun yola salınması ilə bağlı müzakirələr açılıb. Həm Kərəm Həsənovun, həm də Nəcməddin Sadıqovun hakimiyyətdə əsas güc mərkəzinin təmsilçisi olması, eyni zamanda uzun müddətdir ki, DİN rəhbərliyi ilə Ramiz Zeynalov arasında soyuq müharibə getməsi general üçün situasiyanı daha da çətinləşdirib. Məlumata görə, ən geci parlament seçkilərindən sonra Ramiz Zeynalov istefaya göndərilə bilər.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net