Vidadi Dövlətov müəllimlərin maaşlarını mənimsəyir
Tarix: 17-06-2015, 15:17 | Çap et
Vidadi Dövlətov müəllimlərin  maaşlarını mənimsəyir
O, yazdırdığı məcburi izahatlarda qeyd etdirib ki,guya bütün işləri qanuni şəkildə həyata keçirir və müəllimlər məvaciblərini kart sistemi ilə alırlar

“Bölgexebər.com”-a Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovla bağlı maraqlı məlumat daxil olub . Məlumatda Vidadi Dövlətovun qanunsuzluqlarının artıq nəzarətə alındığı qeyd edilib.Belə ki , təhsil nazirliyi və maliyyə nazirliyi tərəfindən artıq yoxlamalara başlanıb və külli miqdarda yeyintihallarının olması faktları üzə çıxarılıb .

Qeyd edək ki ,Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovla bağlı bir müddət öncə bizə şikayətlər daxil olmuşdur.Həmin şikayət məktublarında adıçəkilən şəxsin özbaşnalıqları qeyd edilirdi. Belə ki,Vidadi Dövlətov müəllimlərin kartlarından onların maaşlarını mənimsəyir,bu haqda şikayət edən müəllimlərə isə sonradan təkzib xarakterli izahatlar yazmağa məcbur edirdi .O ,yazdırdığı məcburi izahatlarda qeyd etdirib ki , guya bütün işləri qanuni şəkildə həyata keçirir və müəllimlər məvaciblərini kart sistemi ilə alırlar. Biz istənilən halda Vidadi Dövlətovun məsələ ilə bağlı mövqeyini öyrənib dərc etməyə hazırıq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net