Bakının mərkəzində sağlamlığımız təhlükəyə atılır...
Tarix: 11-06-2015, 13:16 |
Çap et
Neçə gün əvvəl «Təzadlar»ın elektron poçtuna “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevə məxsus bazarda balıq məhsullarının görünməmiş və ağlagəlməz formada satışı, bu məhsullara sanitar-gigiyenik nəzarətin sıfır dərəcəsində olması, olduqca bahalı bu məhsulların satışından gələn gəlirlərə dövlət nəzarətinin faktiki olmaması və s. barədə məktub daxil olmuşdu… Əməkdaşlarımız məktubda göstərilənlərin araşdırılması üçün adı çəkilən bazarda olmuşdur. Həqiqətən də bu bazarda görünməmiş hadisə baş verir. Məktubun məzmunundan və orada qeyd edilən faktlardan da aydın olurdu ki, elə şikayətçinin özü də həmin ərazidə çalışan insandır. Amma görünür, baş verənlərə vicdanı dözmür, çünki…
Bakı-2015 1-ci Avropa oyunları və “Bakı Mərkəzi Bazar”dakı balıq məhsullarından zəhərlənmə təhlükəsi
Beləliklə, Vaqif Şıxəliyevə məxsus bazarın şikayət məktubunda qeyd olunan balıq məhsulları satılan ərazisində gördüklərimizdən şoka düşdük. Təsəvvür edirsinizmi, hazırda Azərbaycan, bu sırada Bakı, möhtəşəm bir idman bayramına ev sahibliyi edir… Artıq Bakıda dünyanın çoxsaylı ölkələrindən minlərlə idmançı, onları izləməyə isə on minlərlə turist-azarkeş gəlib. Belə bir isti-qaynar Bakı havasında və paytaxtın mərkəzində demək olar heç bir soyuducu sistemi olmadan, açıq «prilavka»lar üzərində, qara milçəklərin at oynatdığı bir məkanda balıq məhsulları satılır… Burada hansı növ balıq istəsən tapa bilərsən: bir kq-ı 120-150 manata olan asetrin balığından tutmuş, kefala, çay balığına, qara və qırmızı ikraya qədər. Bilənlər bilir ki, hazırda bazarlarda bəzi balıq məhsullarının satışı «Kaspian-Fiş-Ko» MMC-nin sərəncamındadır və olduqca bahalı qiymətə satılan ikra isə lisenziyalaşdırılmış məhsuldur. Nərə cinsli balıq növündən alınan qara ikra yalnız Xəzərdə bəslənən balıqdan alınır. Onun ovlanması Xəzəryanı ölkələrin kvotası ilə müəyyənləşdirilir. Məsələn, elə bu araşdırma yazı ilə bağlı rəyini öyrəndiyimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Tariyel Məmmədovun məlumatına görə, Azərbaycanda il ərzində ortalama ilə 70-80 ton nərə balığı ovlanır. Ölkədəki nərə balıqartırma zavodları isə Xəzərə hər il təxminən 15-16 milyon körpə nərə balığı buraxılır. Bir nərə balığı isə təxminən 5-6 kiloqram kürü verə bilir. İndi sual olunur: Vaqif Şıxəliyevə məxsus “Bakı Mərkəzi Bazar” MMC ərazisində il boyu satılan bu qanunsuz satışa niyə müdaxiləsi mümkünsüzdür? Və kim deyə bilər, Vaqif Şıxəliyevin bazarında həmin balığın nə qədəri satılır, pulları isə dövlət büdcəsindən gizlədilir?
-Ümumiyyətlə, “Bakı Mərkəzi Bazar” MMC-də kütləvi satılan bahalı və aztapılan balıq məhsullarının əsil himayəçisi kimdir? Bazardakı satıcılardan nələri öyrənə bildik?
“Bakı Mərkəzi Bazar”da brakonyerlər at oynadır-YENİLƏNİR
-Bəs Vaqif Şıxəliyevin balıq brakonyerliyinin məhsulu olan bazarında himayəçisi kimdir?
-Burada satılan balıq məhsullarına sanitar-gigiyenik nəzarət nə formada aparılır?
-Niyə elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti nəzarət İdarəsinin rəhbərliyi “Bakı Mərkəzi Bazar” MMC-də satılan kütləvi balıq bazarına nəzarət etmir ki, bu balıqlar buraya hardan və hansı yollarla gətirilir?
-DYP əməkdaşları bu bazara balıq gətirən maşınları gecələr necə müşaiyət edir?-ŞOK
-Vaqif Şıxəliyevə məxsus olduğu bildirilən «Görüş» restoranında (Bakı Sirkinin yanı, V.Şıxəliyevə məxsus bazarla üzbə-üz) balıqdan zəhərlənmə halları niyə son vaxtlar artıb?
-Bu restoranda müştərilərə niyə kassa çeki verilmir?-nazir Fazil Məmmədovun diqqətinə!
-Əməkdaşlarımız «Görüş» restoranında bir şiş asetrin kababına nə qədər pul verməli oldu və niyə kassa çeki ala bilmədilər?
Bu və ya digər suallara cavabları bizdən oxuyun. Az sonra təqdim ediləcək.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu