Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Tarix: 13-04-2025, 22:21 | Çap et
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net