Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
Tarix: Dünən, 22:29 | Çap et


Ötən gün Zaur Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, "Qaynarinfo" 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün ona zəng edib.

Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib.

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova ("Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun", - deyərək telefonu söndürüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net