Şuşada COP29-a həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 19-08-2024, 12:06 | Çap et


Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 20-ci sessiyasına (COP 29) həsr olunmuş "Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri" mövzusunda beynəlxaq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net