Zəfərimiz qürurumuzdur
Tarix: 7-11-2022, 10:46 | Çap et


Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik və digər sahələr üzrə uğurlarla yadda qaldı. 44 gün davam edən Vətən müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan, Qarabağın tacı qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
2020-ci ol sentyabrın 27-də başlayan, 44 gün davam edən haqq savaşında zəfər çalan Azərbaycan ordusu təkcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində həsrətlə öz ata-baba yurduna dönəcəkləri günü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Azərbaycan ordusunun gücü qarşısında darmadağın olan düşmənin döyüş meydanına göndərdiyi hərbi texnikasının son dayanacağı Hərbi Qənimətlər Parkı oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərimizdə artıq böyük inkişafın təməlləri atılır. Ən mühüm uğur isə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfər-tarixi qələbəmizdir. Azərbaycan ordusu bizə Qələbənin, Zəfər paradının sevinclərini yaşatdı.
10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Xalqımız bu möhtəşəm Qələbəni “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Azərbaycan ordusuna eşq olsun!” şüarları ilə Zəfər gününü təntənəli şəkildə qeyd etdi.

Afət Xudayi
Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin tarix müəllimi





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net