Prezident cənab İlham Əliyev– milli maraqlarımızın təminatçısı
Tarix: 6-04-2022, 23:50 | Çap et


11 aprel 2018-ci il tarixində, əvvəlki seçki illərində olduğu kimi, Prezident İlham Heydər oğlu Əliyev andiçmə mərasimi zamanı öz çıxışında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan bir Prezidentdir.
Beləliklə, xalqa və dövlətə sədaqətli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulan fəaliyyəti və nəticədə xalqın dəstəyini qazanmış, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimdəki çıxışına nəzər salaq: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
Dövlət başçısı İlham Əliyevin çoxcəhətli, zəngin və səmərəli fəaliyyətinin dərindən təhlil edilib öyrənilməsi birinci növbədə gənc kadrlar və öz peşəkar fəaliyyətlərini, eyni zamanda ixtisaslarını daim təkmilləşdirən təcrübəli mütəxəssislər üçün son dərəcə vacibdir.
Cənab İlham Əliyev prezidentliyə qədəm qoyduğu ilk gündən bu günə kimi Azərbaycanın həm daxili, həm də xarici siyasətində davamlı şəkildə Ulu Öndərin siyasi kursunu həyata keçirib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurarkən onun daxili və xarici siyasətinin strateji təməlinin əsasını qoyub. Bu strateji təməl ölkəmizin 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında əksini tapıb. Həmin dövrdən bu günədək qəbul olunmuş bütün qanunlar, həyata keçirilmiş praktiki addımlar və digər məsələlər bütövlükdə Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı müəyyən etdiyi strateji kursa əsaslanıb. Heydər Əliyevin əsasını qoyduğu daxili siyasətin əsas mahiyyəti bu siyasətin insanlara gərəkliliyi ilə ölçülür və cəmiyyətə xidmət etməsi ilə dəyərləndirilir.
Bu gün də cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili siyasi kursun əsas mahiyyəti Azərbaycan xalqına xidmət üzərində qurulub. Bu siyasətin mahiyyəti Azərbaycan xalqının maddi və mənəvi həyatını yaxşılaşdırmaq, onun gündəlik qayğılarından tutmuş milli inkişafına qədər olan bütün məqamları əhatə etmək, maddi, mənəvi tələbatını ödəmək, sağlamlığını qorumaq, elmini, mədəniyyətini inkişaf etdirmək və sairdir.
Əlbəttə ki, hər bir addım insanlara xidmət etmirsə bu fəaliyyətin heç bir ictimai əhəmiyyəti ola bilməz və Ümummilli Liderin əsasını qoyduğu Azərbaycan dövlətinin siyasətinin əsas faktoru - məhz insan faktoru təşkil edir.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuş və bu seçkidə 8 namizəd iştirak etmişdir. Bu seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 %-i iştirak etmiş, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədri olan cənab İlham Əliyev, Azərbaycan seçicilərinin 86,02 %-nin, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə, səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş və yenidən inamlı qələbəni əldə etmişdir.
Xatırlayaq ki, Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans, prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub” demişdir.
Keçirilmiş bu seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Öz dövlətinə qarşı çıxış edən, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də, Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə, ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu və siyasi müstəqillik sayəsində öz taleyinə sahib çıxdı.
Qeyd etmək lazımdır ki, 2003-2018-ci illərdə Prezident İlham Əliyev bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Bundan başqa, davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etmiş, nəticədə bu illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur.
Bununla yanaşı, maaşlar, pensiyalar artmış, sosial infrastruktur inkişaf etmiş, sahibkarlara iki milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmiş, bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmış və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. O cümlədən, ölkədə çox sayda məktəblər, xəstəxanalar, aeroportlar tikilmiş, təmir olunmuş və bölgələrdə Olimpiya İdman Kompleksləri tikilib, istifadəyə verilmişdir.
Həmin illərin, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakıda “Cənub Qaz Dəhlizi”, Əskişəhərdə isə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri kimi mühüm layihələri qeyd etməmək mümkün deyil.
Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı məqsədi ilə, Gənclər Evlərinin yaradılmasına böyük dəstək verdi.
Beləliklə, qeyd etdiyim illərdə, daha dəqiq desəm, 2011-ci il 07 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.5. (Sosial xidmət müəssisəsi “Gənclər evi”nin yaradılması) yarımbəndinin icrası olunması çərçivəsində, Ölkə Başçısının şəxsən iştirakı ilə, bir sıra Gənclər Evləri istifadəyə verilmişdir.
Qeyd olunan illərdə, həmçinin, cənab Prezidentin dəstəyi sayəsində, idman sahəsi ölkəmizə böyük uğurlar gətirdi, Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında idmançılarımız böyük qələbələr qazanmışdır.
Digər tərəfdən, Azərbaycan Ordusunun sürətli inkişaf dövrü idi. Texnika, təchizat, silah-sursat baxımından Müzəffər Ordumuz güclü ordular sırasına daxil olmuş və 2016-cı ilin Aprel döyüşləri bir neçə məsələyə aydınlıq gətirdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir; Azərbaycan cəmiyyəti birliyini göstərdi; Azərbaycan Ordusu döyüş qabiliyyətini nümayiş etdirdi; Prezident İlham Əliyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə təsdiqləndi.
Bir sözlə, cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə, Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verdi və Ölkə Başçımız xalqı, Azərbaycanda tam bərqərar olmuş, Azərbaycançılıq məfkurəsi və milli ideya ətrafında birləşdirdi.
İlham Əliyevin prezidentlik dövrünün uğur salnaməsinə nəzər salaraq, cənab Prezidentin siyasəti xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş olduğunu, Prezident xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış olduğunu, xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillərin mövcudluğunu, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirildiyini, azad sahibkarlığa yaşıl işığın yandırılmasını, iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etdiyini, yol və nəqliyyat infrastrukturunun inkişafını, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirlərini, idmanda əldə olunmuş böyük uğurları, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsini, öz həllini tapan su təchizatı məsələləri, beynəlxalq nüfuzun artmasını və bir çox digər nailiyyətlərini görə bilərik.
Beləliklə, ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimiz möhkəmlənib, qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli güclənib. Azərbaycan xalqı, öz növbəsində, görülən işləri yüksək qiymətləndirmiş və inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir.
Ulu Öndərin xalqımızın müstəqil və azad yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan etibarlı əllərdə olmaqla yanaşı, cənab Prezidentimiz inam və uğurla davam etdirdiyi Ümummilli Liderin siyasi kursunu hər bir azərbaycanlı dəstəkləyir, möhtərəm Prezident İlham Əliyev isə hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.
Müstəqil Azərbaycanın hərtərəfli inkişafı göz önündədir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunur. Məhz bu səbəbdən, bundan sonra da, Azərbaycan etibarlı əllərdə olmalıdır, o, əllər isə bizim Prezidentimiz İlham Heydər oğlu Əliyevə məxsusdur!

Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net