Azərbaycan qadını bütün gözəlliklərə və xoşbəxtliyə layiqdir...
Tarix: 9-03-2022, 10:46 | Çap et
Azərbaycan qadını bütün gözəlliklərə və xoşbəxtliyə layiqdir...

Bəşəriyyət yaranandan qadına hər zaman ehtiyac duyulub. Hələ əsrlər öncə Məhəmməd peyğəmbər s.a.s. "Cənnət anaların ayağı altındadır! " demişdir. Bu gün Mübarizlər, Fəridlər, Poladlar dünyaya gətirib, yetişdirən anadır- Azərbaycan qadını! Azərbaycan qadını ən yüksək kürsüdən öz sözünü deyir...Azərbaycan qadını keçmiş dövrlərin Həcəri, Nigarı, Xurşud Banu Natavanı ilə tarix yazıbsa, müasir dövrdə Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Ölkəmizdə hər zaman qadınlara dövlət tərəfindən böyük qayğı göstərilib. Hələ mərhum Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman gender bərabərliyi irəli sürülürdü. Azərbaycan qadınına ölkə həyatının bütün sahələrində xüsusi yer ayırırdı və onların lider qadın yetişməyinə zəmin yaradırdı. Ulu Öndər tərəfindən qoyulan bu yol, indi də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Belə ki, 2006 cı il 6 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini yaratmaqla, sosial ictimai və siyasi həyatda qadınların qayğı və problemlərinin dövlət tərəfindən bir növ himayəyə almışdır

Bu gün hər bir evdə qadın, xanım varsa, o evdə mehribançılıq, səmimiyyət, sevgi, isti münasibət var. Xüsusən də, hər bir sahədə qadınlarımızın bacarığı, savadı, potensialı danılmazdır. Məşhur Bakı milyonçusu Hacı Zeynalabidin Tağıyev deyirdi ki, qızlarınıza savad, elm öyrədin! Çünki bir xanımın savadlı olması, onun ailəsində olan uşaqlarının savadlı yetişməyinə səbəb olacaq...Son dövrün hadisələrində ikinci Qarabağ müharibəsində Azərbaycan qadını bir də dözümü, mərdliyi, mətanətliyi, dərdə davam gətirməyi ilə də sınandı və həmişəki kimi taleyin bu hökmündən də alnıaçıq, üzüağ çıxdı! Yeri, göyü yaradan Uca Tanrı kişini yaradanda, mütləq qadının da yaradılışını vacib bildi. Elə bu İlahi qanuna əsasən, hər daim, hər bir evdə qadın xoşbəxtliyi, qadın istiliyi əskik olmasın!

8 Mart- Beynəlxalq Qadınlar günündə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva başda olmaqla, bütün xanımları təbrik edirəm, onlara hər zaman ictimai-siyasi həyatda bol uğurlar və ailədə qadın xoşbəxtliyi arzulayıram!

Azərbaycan qadını bütün gözəlliklərə və xoşbəxtliklərə layiqdir...

Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net