Ötən il uşaqlara daha çox hansı adların qoyulduğu bilinib
Tarix: 1-03-2022, 12:22 | Çap et
Ötən il uşaqlara daha çox hansı adların qoyulduğu bilinib
Ötən il Azərbaycanda yeni doğulan uşaqlara daha çox hansı adların qoyulduğu məlum olub.

APA xəbər verir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib ki, oğlan uşaqlarına qoyulan adların ilk beşliyində Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd adları yer alıb.
Onun sözlərinə görə, bu ilin yanvar və fevral ayları ərzində də oğlan uşaqlarına yuxarıda qeyd olunan adlar qoyulub.

“2021-ci ildə yeni doğulan qız uşaqlarına verilən adların ilk beşliyi isə belədir: Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə. Eyni ilə, bu ilin yanvar və fevral aylarında da qız uşaqlarına həmin adların qoyulması üstünlük təşkil edib”, - Nahid Səfərli qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net