DYP-dən "Qarabağ" - "Marsel" oyunu ilə bağlı vətəndaşlara MÜRACİƏT
Tarix: 24-02-2022, 09:18 | Çap et
DYP-dən "Qarabağ" - "Marsel" oyunu ilə bağlı vətəndaşlara MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda Fransa "Marsel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb: "Qarabağ və "Marsel" komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net