“8-ci sinif şagirdi olan qızım özbaşınalığa məruz qalıb və intihara cəhd edib”
Tarix: 2-02-2022, 12:40 | Çap et
“8-ci sinif şagirdi olan qızım özbaşınalığa məruz qalıb və intihara cəhd edib”
“8-ci sinif şagirdi olan qızım Sevinc (ad şərtidir) ona qarşı edilən özbaşınalığa görə intihara cəhd edib”.
Bu sözləri Ucar rayonu Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlu Bizimyol.info-ya ünvanladığı müraciət məktubunda qeyd edib. Onun sözlərinə görə, hazırda qızının həyat və sağlamlığı ciddi təhlükə altındadır və buna Ucar rayon Qaradağlı kənd tam orta məktəbin direktoru Səkinə Səfərəliyeva şərait yaradıb göz yumur.

“Belə ki, 2008-ci il tarixdə anadan olmuş qızım Sevinc Ucar rayonu Qaradağlı kənd tam orta məktəbdə 8-ci sinifdə oxuyur. Dərslərini əla qiymətlə oxuduğu üçün qızım 5 ildir ki, sinif nümayəndəsidir. Buna isə qısqanclıqla yanaşan məktəb kitabxanasının əməkdaşı öz övladı Gülnarı (ad şərtidir) öyrədərək mənim övladımı təhdid edirlər, ona qarşı zor işlədirlər. Gülnar heç bir əsas və səbəb olmadan qızım Gülnarla hər gün dalaşır, onu vurur, söyüb təhqir edir, geyimini, çantasını cırıb şagirdlər arasında alçaldır.

Gülnar bütün bu zorakı tərbiyəsiz hərəkətləri anasına güvənərək edir. Mən bu barədə məktəbin direktoru Səkinə Səfərəliyevaya və Təhsil Şöbəsinin müdiri Rauf Məmmədova şifahi məlumat verərək araşdırıb tədbir görülməsini xahiş etmişəm.

Ancaq qızıma qarşı zor tətbiq edib onunla qərəz aparan Gülnar barədə heç bir tədbir görülməyib. Çünki yuxarıda qeyd etdiyim kimi Gülnarın anası həmin məktəbdə kitabxanaçı vəzifəsində işləyir, direktorla isə yaxın münasibəti var. Bu səbəbdən onun tərbiyəsizlik edən qızı Gülnar barədə heç bir tədbir görülmür. Həttda cəzasılıqdan daha da həvəslənən Gülnar digər şagirdləri də öyrədib, ələ alıb mənim qızım Sevincə qarşı çıxarıb”.

Əzizov Nicat Fərhad oğlunun sözlərinə görə, qızı Sevinc zorakılağa dözə bilməyərək intihar etməyə cəhd göstərib və öz qolunu kəsərək intihar etmək istəyib.

“Qızımın səhhəti pisdir, hər an özünü öldürə bilər. Hazırda övladımın həyat və sağlamlığı ciddi təhlükə altındadır.

Buna görə qanunu tərdbirlər görülməli, məktəbin direktoru ciddi cəzalanmalı, qızım Sevincə qarşı zorakılıq göstərən Gülnar həmin sinifdən başqa məktəbə və ya sinifə köçürülməlidir.

Mətbuat vasitəsilə də Mehriban xanım Əliyevadan, Təhsil Naziri Emin Əmrullayevdən və Ombudsman Səbinə xanım Əliyevadan xahiş edirəm ki, komissiya yaradıb Ucar rayonu Qaradağlı kənd tam orta məktəbə göndərib qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

Məsələ ilə bağlı Ucar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Leyla Mirzə, Bizimyol.info





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net