Siqaret və spirtli içkilərin qiymətinin artması ilə bağlı cari ilin əvvəlindən Dövlət Xidmətinə müraciət daxil olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidmətindən bildirilib ki, bu kateqoriyadan olan mallar üzrə qiymətlər qanunvericiliyə əməl edilməklə sahibkarlar tərəfindən sərbəst müəyyən edilir.