Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Tarix: 23-01-2022, 19:41 | Çap et
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Bizimyol.info"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib. 12 829 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, bu günə qədər isə ümumilikdə 6 065 279 test icra olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net