Sosial şəbəkələrdə özünü QHT rəhbəri kimi təqdim edərək nömrəsiz maşınla şirkətlərə gedib məcburi pul tələb edən şəxslə bağlı yayılan məlumatlar geniş rezonans doğurub. DİN-in Mətbuat Xidmətindən DİA.AZ-a bildirilib ki, məlumatla bağlı araşdırma aparılır. “Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.