Azərbaycanda ət BAHALAŞDI
Tarix: 14-01-2022, 15:14 | Çap et
Azərbaycanda ət BAHALAŞDI
Azərbaycanda mal və quzu əti bahalaşıb.

“Qaynarinfo.az” xəbər verir ki, yanvar ayının ilk on günlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.

Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.

Sayt əməkdaşları məsələni dəqiqləşdirmək üçün Bakıda ət satışı ilə məşğul olan bir neçə ət satışı məntəqələrində olublar. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.

Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net