Bakıda koronavirusla bağlı təcili yardıma müraciətlərin sayı azalıb
Tarix: 5-01-2022, 15:30 | Çap et
Bakıda koronavirusla bağlı təcili yardıma müraciətlərin sayı azalıb

“COVID-19-a gündəlik yoluxma sayı az olanda müraciətlər az olur”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib. O bildirib ki, son günlər müraciətlərin sayı xeyli azalıb: “Ağırlaşmalar demək olar ki, qeydə alınmır. Çox az sayda hospitalizasiya olur”.
Həkim qeyd edib ki, bəzən kəskin respirator virus infeksiyası ilə bağlı müraciət olur: “Müraciətlərin artma səbəbi budur. Bəlkə də bu, müsbət haldır. Yəni, hər hansı insan hərarət, belə hallar müşahidə edirsə, müayinə olunmaq istəyir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net