"Direktorlar əmr edirlər ki, təcli pulu çatdırın, "Şaka"ya pul lazımdır" - deputat
Elə orta məktəb tapılmaz ki, onun tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bizdə sadəcə, elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub”.
Vertikal.az xəbər verir ki, bunu özünün facebook səhifəsində millət vəkili Etibar Əliyev deyib. O, daha sonra fikirlərini belə əsaslandırıb:
“İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər. Çoxsaylı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib. Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsaydı, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər! Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edirlər ki, təcli pulu çatdırın, “Şakaya” pul lazımdır.
Bu qədər sadə, Azərbaycanda Orta təhsil pulludur”. //KONKRET.az//