Uşaq bağçalarında “şirinlik” məsələsi aradan qalxacaq? - Əvvəl də olub, sonra da olacaq...
Tarix: 20-12-2021, 18:14 | Çap et
Uşaq bağçalarında “şirinlik” məsələsi aradan qalxacaq? - Əvvəl də olub, sonra da olacaq...

Bu gün Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturu ilə bağlı sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Təhsil şöbələri ləğv olunaraq, regional idarələr yaradılıb və uşaq bağçaları İcra hakimiyyətlərindən alınaraq, Təhsil Nazirliyinin tabelliyinə verilib.

Maraqlıdır, dəyişiklik illərdi bağçalarla bağlı formalaşmış neqativ hallara necə təsir edəcək? Bağçaya götürülmə zamanı "şirinlik", tanışlıq, tapşırıq kimi nöqsanlar aradan qalxacaqmı?

DİA.AZ-ın məlumatına görə, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov modern.az-a danışarkən bildirib ki, İcra hakimiyyətləri bağçalara nəzarət edə bilmirdi:

“Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi yaxşı bir addımdır. Düzdür, bağçalar böyük şəhərlərdə Bakı və Gəncədə İcra hakimiyyətinin tabeliyində qalacaq. Bunun səbəbi isə daha çox kommunal və ərzaq məsələlərilə əlaqədardı.
Digər rayonlarda bağçaların Təhsil Nazirliyi tabeliyində olması nəzarəti daha da artıracaq. Çünki İcra hakimiyyəti müxtəlif işlərinin içərisində bağçaların xüsusilə pedoqoji təhsil fəaliyyətinə güclü nəzarət edə bilmirdi. Daha əvvəl məqsəd maddi və texniki təchizatla əlaqədar idi. Həm təhsil, həm də idarəetmə Təhsil Nazirliyinə verildiyi üçün bağçaların idarə olunmasında neqativ hallar aradan qaldırılacaq. İşə götürülmə prosesində də müsbət hallar olacaq. Hər bir proses mərkəzləşmiş qaydada aparılacaq. Bu addım mütərəqqi addımdır və böyük ehtimalla “şirinlik” məsələsi aradan qaldırılacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net