Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 610 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib, 15 453 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 10 676, hazırkı dövrədək isə 5 750 604 test aparılıb.