Valideynlərin qızlarını məktəbdən tez çıxarmaqda məqsədi NƏDİR? - ƏRƏ VERMƏK?..
Tarix: 14-12-2021, 16:54 | Çap et
Valideynlərin qızlarını məktəbdən tez çıxarmaqda məqsədi NƏDİR? - ƏRƏ VERMƏK?..

“Qızlarımızı təhsildən yayındırmaq lazım deyil. Mən dəfələrlə bu məsələni qaldırmışam və demişəm ki, məktəblərdə monitorinq keçirmək lazımdır. Bununla da aydınlaşdırmaq lazımdır ki, məktəblərdə nə qədər qız təhsil alır, kimlər təhsildən yayınır”

DİA.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlunun sözlərinə görə qızlarını təhsildən yayındıran valideynlər onları yetkinlik yaşına çatmadan da ərə verirlər:

“Biz bir neçə məktəbləri gəzmişik, hətta Şamaxıda üçüncü sinifdən valideynlərin qızlarını məktəbdən çıxarmasının şahidi olmuşuq. Belə olan tərzdə əlbəttə ki, onları yetkinlik yaşına çatmadan ərə verəcəklər. Valideynlərin qızlarını məktəbdən çıxarmaqda məqsədləri onları tez ərə verməkdir. Yəni qızlarımızın ata-anası məsuliyyət daşımalıdır. Bununla bağlı dövlət tərəfindən qanun qəbul edilməlidir və həm qızlarımız, həm də oğlanlarımız orta təhsillərini başa vurmalıdırlar. Övladlarını təhsildən yayındıran valideynlər məsuliyyətə cəlb edilməlidir. Bir sözlə, bütün bu hadisələrin başında təhsil dayanır”.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonunda yerləşən özəl klinikaların birində 15 yaşlı qız oğlan uşağı dünyaya gətirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net