26 ildir döymə üsulu ilə qayıq hazırlayır - VİDEO
Tarix: 3-12-2021, 16:20 | Çap et
26 ildir döymə üsulu ilə qayıq hazırlayır - VİDEO

Atasından öyrəndiyi sənəti 26 ildir yaşadan Nofəl İsmayılov həm maraqlı, həm də çətin peşə olan qayıq hazırlanması və təmiri ilə məşğuldur.

Yevlaxın Xanabad kəndində yaşayan Nofəlin sözlərinə görə, bir qayığın hazırlanmasına təxminən 40 gün vaxt sərf edir. Sularda rahat hərəkət etmək istəyən müştəri bunun üçün 4 min manatından keçməli olur. Su nəqliyyat vasitəsini döymə üsulu ilə ərsəyə gətirən Xanabad sakini həm balıqçı, həm də gəzinti qayıqlarına yeni həyat verir.

Usta qayıqların batmaması üçün müəyyən məqamlara xüsusi diqqət yetirməyi vacib sayır. Nofəl İsmayılov o qədər də geniş yayılmayan sənəti övladına da öyrədib. Onların əl işlərinə tək Yevlax sakinləri deyil, Mingəçevir, Şəmkir, Samux və digər bölgələrdən olanlar da maraq göstərərək müştəriyə çevrilirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net