Tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlı koronavirusa yoluxub.
Bu barədə Qaynarinfo-ya şairin özü məlumat verib.
Əvəz Qubanlı vəziyyətinin pis olduğunu deyib:
“Müayinələrin cavabı bu gün açıqlanıb. Sistem altındayam, oksgen aparatına qoşublar. Aparatdan ayrılan kimi boğuluram”.
Qeyd edək ki, tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının vəziyyəti ağırlaşdığına görə o, noyabrın 30-da təcili yardımla Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.