Roman Bravo: “Ürəyim Azərbaycanla döyünür!” - VİDEO
Tarix: 30-11-2021, 11:30 | Çap et
Roman Bravo: “Ürəyim Azərbaycanla döyünür!” - VİDEO
CBC telekanalında yayımlanan “Noçnoy Razmovar” verilişinin qonağı 44 günlük müharibədə Azərbaycanı və onun ədalətli mövqeyini ürəkdən dəstəkləyən rusiyalı tarixçi, “TikTok” fenomeni Roman Bravo olub.

O, Rusiya vətəndaşı olmasına və Azərbaycana heç vaxt gəlməməsinə baxmayaraq, ölkəmizin əsl vətənpərvərinə çevrilib.

Verilişin aparıcısı Kamran Razmovarla söhbətində Roman Bravo Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa onu nəyin sövq etdiyindən, ermənilərin dünyagörüşündən, Vətən müharibəsi vaxtı onun mövqeyinə münasibətindən, Rusiyada yaşayan ermənilərlə azərbaycanlıların münasibətlərindən və bir çox başqa məsələlərdən danışıb.

Müsahibə zamanı məlum olub ki, Romanın əsli azərbaycanlıdır, çünki onun babalarından biri Goranboydandır və bir müddət Bakıda yaşayıb. O, həmçinin Azərbaycana səfər etmək, onun mədəniyyətini, tarixini yaxından tanımaq və Azərbaycan dilini öyrənmək arzusunda olduğunu bildirib.

Ətraflı süjeti təqdim edirik:




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net