"Yenidən sərt qapanmalara getmək arzuolunan deyil" - Deputat
Tarix: 29-11-2021, 11:30 | Çap et
"Yenidən sərt qapanmalara getmək arzuolunan deyil" - Deputat

Koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmə niyyətindədir.

"İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı".

Deputat bildirib ki, “Omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başlayıb:

"Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. Birjalar “Omikron” variantından ehtiyatlansalar da aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər. Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr “Omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarları ehtiyatla qəbul edilir".

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir.

"Təbii ki, “Omikron” variantının təsirləri, yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər".




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net