Azərbaycanda qəribə hadisə: “Sağlam qadın sistemdə ölmüş kimi qeydə alınıb” – VİDEO
Tarix: 27-11-2021, 10:50 | Çap et
Azərbaycanda qəribə hadisə: “Sağlam qadın sistemdə ölmüş kimi qeydə alınıb” – VİDEO
Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydə alınıb.

Rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyeva bu səbəbdən çıxılmaz vəziyyətə düşüb.

Minarə Əliyeva bildirib ki, o bu ay əmək müqaviləsini təzələyərkən ona deyiblər ki, səbəb onun sistemdə ölmüş kimi qeydiyyata salınmasıdır.

O həm də qeyd edib ki, məsələ ilə bağlı Ağcabədi rayon Asan Xidmət mərkəzinə müraciət edib və ordan bildirilib ki, 1971-ci il ildə guya o Kəlbəcər rayonunun yaylağında vəfat edib.

Daha ətraflı Baku TV-nin süjetində:




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net