Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə təsnifatı yayımlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat verib.
Məlumata əsasən, ölkə üzrə ən çox yoluxma 53,4 faizlə Bakıda qeydə alınıb.
Ümumi yoluxmanın 13,4 faizi Abşeronun, 12,4 faizi Aran rayonlarının, 7,3 faizi Gəncə-Qazax, 3,6 faizi Şəki-Zaqatalan bölgələrinin, 3,3 faizi Quba-Xaçmaz, 2,5 faizi Lənkəranın, 2,2 faizi Dağlıq Şirvanın, 1,5 faizi Yuxarı Qarabağın, 0,06 faizi Naxçıvanın payına düşüb.
Koronavirusa yoluxanların 0,4 faizini ölkə xaricindən gələnlər təşkil edir.
Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.