Doğulduğu torpaqları qanı bahasına azad edən Milli Qəhrəman
Tarix: 27-10-2021, 11:43 | Çap et
Doğulduğu torpaqları qanı bahasına azad edən Milli Qəhrəman
Doğulduğu torpaqları qanı bahasına azad edən Milli Qəhrəman
Şükür Həmidov
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov gələcək nəsilə nümunə olcaq şəxslərdən biridir.
O, 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Həmin liseyi bitirdikdən sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1995-ci ilin iyun ayında ilk hərbi rütbə alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb və orada mayor hərbi rütbəsinə qədər yüksəlib. 2006-cı ildə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətimi davam etdirib. Sonra müxtəlif vəzifələrdə xidmət edərək komandir vəzifəsinədək yüksəlib.

Şükür Həmidov 2016-cı ildə “Aprel döyüşlərində” Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

22 oktyabr 2020-ci il tarixində isə Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info-ya Milli Qəhrəman Şükür Həmidovla bağlı öz təəssüratlarını bölüşüb və bildirib ki, Şükür Həmidov hərbi xidməti dövrünü yalnız cəbhə bölgəsində, düşmənlə təmas nöqtələrində keçirib.

“Şükür Həmidov uzun illər Silahlı Qüvvələrdə xidmət edib. O, 2016-cı ilin aprel döyüşlərinin qəhrəmanı kimi tarixə düşüb və Milli Qəhrəman adına layiq görülüb. Onun hərbi xidməti, fəaliyyəti, amalı, məqsədi yalnız bir olub. O da Azərbaycan torpaqlarını işğaldan azad etmək olub. O, öz istəyinə nail oldu. Vətən torpaqlarının bir hissəsinin işğaldan azad olunmasının şahidi oldu. Çox təssüf ki, o, Şuşanın işğaldan azad olduğunu görə bilmədi.

Palkovnik Həmidovun hərbi təhsili, hərbi xidməti, peşakarlığı göz önündə olub. Bu şəxs ömrünün bütün hərbi xidməti dövrünü yalnız və yalnız cəbhə bölgəsində, düşmənlə təmas nöqtələrində keçirib. Bunun özü bir nümunə, alqışlanacaq məsələdir”.

Ramil Məmmədli bildirib ki, Şükür Həmidovun Qubadlı torpaqlarında şəhid olması sırf təsadüf nəticəsində olub.

“Müharibə duyğular olmur. Yalnız məqsəd olur. Həmidov Silahlı Qüvvələrin hərbi qulluqçusu olub və verilən tapşırığı yerinə yetirib. Ordu komandanlıq əgər Şükür Həmidovun Ağdərə istiqamətində döyüş aparmasını məsləhət bilsəydi, o, döyüşü orada aparacaqdı. Amma döyüşü Qubadlı istiqamətində aparması əmri verildi. Bu döyüşlər zamanı da doğulduğu torpaqlarda şəhid oldu”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net