Azərbaycanda daha 1032 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb
Tarix: 10-10-2021, 20:25 | Çap et
Azərbaycanda daha 1032 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 032 yeni yoluxma faktı qeydə alınıb, 1 043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib. 12 492 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 385, bu günə qədər isə ümumilikdə 4 952 737 test icra olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net