Oğuz təbiətini mühafizə edən xanım meşəbəyi - VİDEO
Tarix: 1-09-2021, 16:37 | Çap et
Oğuz təbiətini mühafizə edən xanım meşəbəyi - VİDEO
Sıx, ucu-bucağı görünməyən meşəlikdə, hündür dağlıq ərazilərdə gəzir, bütün əziyyətlərə qatlanaraq, isti-soyuq demədən meşələri qarış-qarış dolanır.

43 yaşlı Bənövşə Həkimova Oğuz rayonunun Xaçmaz kəndinin sakinidir.

İşi ilə əlaqədar rayonun Muxas kəndində yaşayır. Üç övlad sahibi olan Bənövşə xanım həyat yoldaşını illər öncə itirib.

Uşaqlıqdan təbiətə, torpağa, dağa-daşa olan sevgisi illər sonra onu bu sahəyə gətirib çıxarıb.

Bir müddət iş tapmayan Bənövşə xanım bir neçə müraciətindən sonra işə qəbul olunub. 2019-cu ildən Qəbələ Regional Təsərrüfat Mərkəzinin Daşağıl səkkizinci dolayının meşə gözətçisi işləyir. Nə qədər çətin olsa da, meşələri mühafizə etməkdən zövq aldığını deyir.

Xanım meşə mühafizəçisinin peşəsi maraqlı, fərqli, çətin olduğu qədər də risklidir. Əsrarəngiz meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşıb. Gününün yarıdan çoxunu dağlar qoynunda keçirən Bənövşə xanım ömrü yetdikcə bu işi davam etdirmək arzusundadır.

Daha ətraflı Baku TV-nin süjetində:




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net