"Toyları etdilər və gördünüz vəziyyət nə hala gəldi çatdı" - ETİRAZ
Tarix: 18-08-2021, 15:41 | Çap et
"Toyları etdilər və gördünüz vəziyyət nə hala gəldi çatdı" - ETİRAZ

“Mənə elə gəlir ki, indiki vaxtda kinoteatrların açılması düzgün deyil. Çünki yoluxma yenə artıb. Bu dəqiqə kafeyə, restorana getmək belə vacibdir?”

Bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. Onun sözlərinə görə onsuz da insanlar kinoteatrlara gedib filmə baxmırlar:

“Bu adamlar da çox qəribədir. Mütləq gərək restoranlara getsinlər. Toyları etdilər və gördünüz vəziyyət nə hala gəldi çatdı. Ona görə belə şeylərin əleyhinəyəm. Kinoteatrlar qapalı olmasından vacib insanların sağlamlığıdır. Onsuz da adamlar kinoteatrlara gedib filmə baxmırlar. Hamı istəyir ki, filmləri televiziya vasitəsilə bunların qarşısına qoyasan. Ona görə bunları televiziyaya öyrəşdiriblər. İndi kinoteatrlar açılsa da, guya ora gedən kimdir ki?”.

A.Kazımzadə səhhətindəki problemlərdən də danışıb:

“Səhhətimdə problemlər var, bir neçə il öncə ürəyimdən açıq əməliyyat olunmuşam. Həkim vaksin olunmağımı məsləhət görmür. Qorxuram ki, vaksindən sonra səhhətimdə problem yaranar”.

Qeyd edək ki, 2020-ci ilin mart ayından kinoteatrlar tamaşaçıların üzünə bağlıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net