Özünü bağça müdiri kimi təqdim edən qadın vətəndaşların pulunu mənimsədi - VİDEO
Tarix: 17-08-2021, 14:00 | Çap et
Özünü bağça müdiri kimi təqdim edən qadın vətəndaşların pulunu mənimsədi - VİDEO

Özünü Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdiri kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai Rayon Prokurorluğuna müraciət ediblər.

Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net