Araz İbrahimov: “Koronavirus sonsuzluğa da gətirib çıxara bilir”
Tarix: 12-08-2021, 16:00 | Çap et
Araz İbrahimov: “Koronavirus sonsuzluğa da gətirib çıxara bilir”

“Koronavirus xəstəsi sağalsa da, virus onun böyrəyinə təsir edə bilir. Aparılan araşdırmalara görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Onun sözlərinə görə, xəstəliyi müalicə edən zaman çox sayda dərman qəbul edilir:

“Bu da böyrək və qaraciyərlə xaric olunur ki, nəticədə orqan zədələnir”.

O qeyd edib ki, koronavirus sonsuzluğa da gətirib çıxara bilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net