"Ərəblər Azərbaycana gələndə restoranlardakı menyunun birində kabab 25, digərində 5-6 manat idi"
Tarix: 9-07-2021, 17:54 | Çap et
"Ərəblər Azərbaycana gələndə restoranlardakı menyunun birində kabab 25, digərində 5-6 manat idi"

“Əlbəttə, restorana gələn adamın görünüşünə, avtomibilinə fikir verirlər. İnsan hansı sferasında işləməsindən asılı olmayaraq daxili tərbiyəsinə, mədəniyyətinə uyğun özünü aparır. Əgər qabiliyyətsiz, mədəniyyətsiz bir adamdırsa, onun gördüyü işin keyfiyyəti ola bilməz”

Bunu Moderator.az-a açıqlamasında kulinar-texnoloq Bəhruz Qəlbinur deyib. Ekspert son zamanlar restoranlarımızda qonaqları narazı salan problemlərin səbəblərinə toxunub:

“Azər müəllimin açıqlamasında jurnalistikadan kənar bir jurnalist ifadəsi var. Restoranda işləyənlər məgər rengen aparatıdır ki, xanımın kişinin məşuqəsi və ya xanımı olduğunu təyin etsin? Biz bununla həm özümüzə, həm də millətimizə hörmət etmirik. Bəlli bir toplumlarda xoşagələn və xoşagəlməyən situasiyalar olur. Məsələyə toxunmağın daha normal formaları var. Əlbəttə, restorana gələn adamın görünüşünə, avtomibilinə fikir verirlər. İnsan hansı sferada işləməsindən asılı olmayaraq daxili tərbiyəsinə, mədəniyyətinə uyğun özünü aparır. Əgər qabiliyyətsiz, mədəniyyətsiz bir adamdırsa, onun gördüyü işin keyfiyyəti ola bilməz.

Ərəblər Azərbaycana gələndə restoranlarda iki cür menyu var idi. Bir menyuda kabab 25, digər menyuda isə 5-6 manat idi. Ümumiyyətlə, problem ondadır ki, idarəetmə strukturları heç birisi sağlam şəkildə qurulmayıb, sağlam idarə olunmur deyə bu cür problemlərlə rastlaşırıq. Fəaliyyət göstərən istənilən bir müəssisə təyin edilmiş qaydalar çərçivəsində idarə olunur. Amma bizdə hamının başı qarışıb pul qazanmağa və ona görə də heç kim öz vəzifə borcunu bilmir. Məsələn, bu gün kim restoran aça bilər? Deyirlər ki, filankəs yeyib-içən oğlandı, ətrafı var, restoran aça bilər. Amma restoran özü səhiyyə sektorundan da çətin bir sektordu. Hansı sahədə çalışırsansa çalış, sənin savadın olmalıdır. Sən savadlı kadr deyilsənsə, hazırladığın heç bir şeyin effekti, keyfiyyəti olmayacaq. Ona görə də heç bir təhsili, savadı olamayan adamlar iaşə obyektində çalışır və nəticədə də arzuolunmaz hallarla qarşılaşırıq. Ona görə bizdə bu işdə nəzarət dəqiq deyil deyə tez-tez bu cür hallar baş verir. Bunlar başa düşməlidirlər ki, sən evində qonaq qəbul etmirsən, Azərbaycanın adından, ölkəyə gələn turist qəbul edirsənsə, məsuliyyəti dərk etməlisən. Çünki o, öz ölkəsinə gedəndə onda ölkəmiz haqda fikir formalaşacaq”.

Qeyd edək ki, tanınmış səyyah, bloger və jurnalist Azər Qərib Azərbaycanın bölgələrində fəaliyyət göstərən istirahət məkanlarından - restoran, kafe, yeməkxanalarından şikayət edərkən “Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentli” ilə gələnə digər qiymət. Şortiklə qələnə əlavə ödəmə, ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur”-deyə bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net