Qrip olan şəxs peyvənd vurdura bilərmi? - AÇIQLAMA
Tarix: 25-06-2021, 20:04 | Çap et
Qrip olan şəxs peyvənd vurdura bilərmi? - AÇIQLAMA

“Koronavirus əleyhinə peyvəndin birinci dozasından sonra mövsümi qripə yoluxan şəxsdə yüksək hərarət yoxdursa və qripin aktiv dönəmində deyilsə ikinci dozanı vurdura bilər”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionist bildirib ki, mövsümi qrip uzun müddət davam etmir:

“İkinci dozanın vurulması adətən 28 gün ərzində həyata keçirilir. Lakin müəyyən səbəblərdən ikinci dozanı vaxtında vurdura bilməyənlər üçün 56 gün möhlət verilir. Həmin müddət ərzində ikinci dozanın vurdurulması tövsiyə edilir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net